Culfada “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib

156

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Culfa rayonunun Saltaq Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, möhkəm ailə sağlam cəmiyyətin təməlidir. Ailədə sağlam həyat tərzinin formalaşmasında qadının rolu böyükdür. Onlar ailədə övladlarına düzgün tərbiyə verilməsi, zərərli vərdişlərdən çəkindirilməsi, vətənpərvərlik ruhunun aşılanmasında fəal olmalıdırlar.

Bundan başqa valideynlər övladlarının ailə qurduğu zaman onlara düzgün yol göstərməli,  tam hazır olduqda bu məsuliyyətli  addımı atmasına icazə verməlidir.

Qeyd olunub ki, nikaha daxil olarkən tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir. Aparılan təhlillərə görə Culfa rayonu üzrə 16 min 667 uşaq vardır ki, bu uşaqlardan da 197-si sağlamlıq imkanları məhdud  uşaqlardır. Bu da ümumi uşaqların 1,18 faizini  təşkil edir. Muxtar respublika üzrə isə sağlamlıq imkanları məhdud 1937 uşaq var. Bu uşaqların da 10.2 faizi Culfa rayonunun payına düşür. Sağlamlıq imkanları məhdud 197 uşaqdan 152-si anadangəlmə, 45-i isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır.

Culfa rayonunun Saltaq kəndi üzrə isə 7 sağlamlıq imkanları məhdud uşaq var. Bu uşaqlardan 5-i anadangəlmə, 2-si isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır.

Tədbirdə iştirak edən həkim ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Culfa rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: