Culfada payız-qış mövsümünə hazırlıq müzakirə olunub

827

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə  icra hakimiyyətinin başçısı Şükür Babayev bildirib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoyulub. Əhalinin elektrik enerjisinə və qaza, dayanıqlı rabitə və içməli suya olan tələbatını ödəmək üçün  mövsümə hazırlıq işlərinə diqqət daha da artırılmalıdır. Bununla bağlı bütün  işlər diqqət mərkəzində saxlanmalı, qəza-bərpa briqadaları  lazım olan səviyyədə hazırlanmalıdırlar. Bütün qazanxanalarda vacib tədbirlər görülməlidir.

Müşavirədə müvafiq qurumların rəhbərləri təmsil etdikləri sahələr üzrə qışa hazırlıqla bağlı görüləcək işlər barədə məlumat veriblər.

Tədbirdə  təhsil və mədəniyyət müəssisələrinin, səhiyyə ocaqlarının, dəmiryol nəqliyyatının və digər sahələrin qış aylarında səmərəli fəaliyyəti məqsədilə görüləcək işlər diqqətə çatdırılıb. Rayon Baytarlıq İdarəsinə isə  təsərrüfatlarda qışa hazırlıqla bağlı maarifləndirmə tədbirlərini gücləndirməsi, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılması ilə bağlı tapşırıqlar  verilib.

                                                                                Röyal Məmiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: