Culfada əmək yarmarkası keçirilib

320

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada növbəti əmək yarmarkası keçirilib. Culfa rayonunda təşkil edilən yarmarkanın açılış mərasimində çıxış edənlər Culfa rayonunda əhalinin məşğulluq məsələlərinin həlli istiqamətində görülən işlərdən danışıblar.

Sonra əmək yarmarkasına gələnlər boş iş yerləri ilə tanış olublar. Qeyd edək ki, əmək yarmarkasının keçirilməsinə əvvəlcədən hazırlıq işləri görülüb, müəssisə və təşkilatlarla yaxından əlaqə saxlanılıb. Nəticədə 21 müəssisədən 98 boş iş yeri əmək yarmarkasının iştirakçılarına təqdim olunub.  Əmək yarmarkasında 20 nəfərə müvafiq işlə təmin olunmaq üçün göndəriş verilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: