Culfa rayonunda elmi-praktiki konfrans keçirilib

121

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi “Məktəblərdə psixoloji  xidmətin təşkili və qarşıda duran vəzifələr”  mövzusunda elmi-praktiki konfransda Culfa  və Ordubad  rayonlarının tam orta məktəblərinin 60-a yaxın psixoloqu iştirak edib.

Naxcivantv.az-ın məlumatına görə, konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil  naziri Məmməd Qəribov bildirib ki,  ümumtəhsil məktəblərinin hamısında  psixoloji xidmətin  təşkili və psixoloqların fəaliyyəti üçün psixoloq otaqları yaradılıb. Psixoloqlar  ədəbiyyatlar, metodiki və elektron  vəsaitlərlə təmin edilib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azarbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü Oruc Həsənli bildirib ki, müasir dövrdə  məktəbdə  psixoloji xidmətin rolu olduqca vacibdir. Bu xidməti həyata keçirən məktəb psixoloqları  sağlam psixoloji iqlimin formalaşmasına  təsir göstərə biləcək qədər  elmi biliklərə, praktiki bacarıqlara  yiyələnən mütəxəssis olmalıdır.

Konfransda Müəlimlər İnstitutunun  müəllimi  Çapay Quliyev, Ordubad Rayon Polıs Şöbəsinin inspektoru Ülvü Həsənov, Culfa Rayon Əlincə Polis Bölməsinin inspektoru  Elxan Məhərrəmov, Ordubad Rayon İnternat tam orta məktəbinin psixoloqu  Nuridə Məmmədli  çıxış edərək ümumtəhsil məktəblərində psixoloji işin düzgün təşkilinin əhəmiyyəti barədə  iştirakçılara  məlumat veriblər.

Konfransda psixoloqlara şagirlərlə işləməyin qaydaları, elmi ədəbiyyatlar barədə də məlumat verilib. Slaydlar vasitəsi ilə şagirdlərlə işləmək bacarığı izah olunub. İştirakçıları  maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: