Culfa rayonunda elmi-praktiki konfrans keçirilib
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi “Məktəblərdə psixoloji xidmətin təşkili və qarşıda duran vəzifələr” mövzusunda elmi-praktiki konfransda Culfa və Ordubad rayonlarının tam orta məktəblərinin 60-a yaxın psixoloqu iştirak edib.
Naxcivantv.az-ın məlumatına görə, konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Məmməd Qəribov bildirib ki, ümumtəhsil məktəblərinin hamısında psixoloji xidmətin təşkili və psixoloqların fəaliyyəti üçün psixoloq otaqları yaradılıb. Psixoloqlar ədəbiyyatlar, metodiki və elektron vəsaitlərlə təmin edilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azarbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü Oruc Həsənli bildirib ki, müasir dövrdə məktəbdə psixoloji xidmətin rolu olduqca vacibdir. Bu xidməti həyata keçirən məktəb psixoloqları sağlam psixoloji iqlimin formalaşmasına təsir göstərə biləcək qədər elmi biliklərə, praktiki bacarıqlara yiyələnən mütəxəssis olmalıdır.
Konfransda Müəlimlər İnstitutunun müəllimi Çapay Quliyev, Ordubad Rayon Polıs Şöbəsinin inspektoru Ülvü Həsənov, Culfa Rayon Əlincə Polis Bölməsinin inspektoru Elxan Məhərrəmov, Ordubad Rayon İnternat tam orta məktəbinin psixoloqu Nuridə Məmmədli çıxış edərək ümumtəhsil məktəblərində psixoloji işin düzgün təşkilinin əhəmiyyəti barədə iştirakçılara məlumat veriblər.
Konfransda psixoloqlara şagirlərlə işləməyin qaydaları, elmi ədəbiyyatlar barədə də məlumat verilib. Slaydlar vasitəsi ilə şagirdlərlə işləmək bacarığı izah olunub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.