Culfa rayonunda 4 milyon manatdan artıq sənaye məhsulu istehsal edilib.

197

Culfa Rayon Statistika İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə  2018-ci ilin yanvar-iyul aylarında  rayonda 4 milyon 256 min manat həcmində sənaye məhsulu istehsal edilib. Bu 2017-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1.5 faiz çoxdur. Rayonda kənd təsərrüfatı sahəsində də inkişaf müşahidə olunub. Bu  ilin yanvar-iyul aylarında 32 milyon 735 min  manat  həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu rəqəm ötən ilin müvafiq dövründəki göstəricini 3.2 faiz üstələyib. Bu dövr ərzində Culfa rayonunda diri çəkidə 2124 ton ət, 6985 ton süd, 125.4 ton yun istehsal edilib. 2017-ci ilin eyni dövrü ilə müqayisə etdikdə ət istehsalı 1.3 faiz, süd istehsalı 1.7 faiz, yun istehsalı 1.2 faiz artıb.

2018-ci ilin 6 ayı ərzində  Culfa rayon iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 396.3 manat təşkil edib.

Qeyd edək ki, rayonun əhalisinin sayı 46 min 557 nəfərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: