Culfa Rayon Statistika İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə 2018-ci ilin yanvar-iyul aylarında rayonda 4 milyon 256 min manat həcmində sənaye məhsulu istehsal edilib. Bu 2017-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1.5 faiz çoxdur. Rayonda kənd təsərrüfatı sahəsində də inkişaf müşahidə olunub. Bu ilin yanvar-iyul aylarında 32 milyon 735 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu rəqəm ötən ilin müvafiq dövründəki göstəricini 3.2 faiz üstələyib. Bu dövr ərzində Culfa rayonunda diri çəkidə 2124 ton ət, 6985 ton süd, 125.4 ton yun istehsal edilib. 2017-ci ilin eyni dövrü ilə müqayisə etdikdə ət istehsalı 1.3 faiz, süd istehsalı 1.7 faiz, yun istehsalı 1.2 faiz artıb.
2018-ci ilin 6 ayı ərzində Culfa rayon iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 396.3 manat təşkil edib.
Qeyd edək ki, rayonun əhalisinin sayı 46 min 557 nəfərdir.