Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulur

869

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb, yolun tikintisinə 30 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamına uyğun olaraq hazırda Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulur.

NUHÇIXAN xəbər verir ki, yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Məlumat verilib ki, 58 kilometr uzunluğunda yolda tikinti işləri uğurla davam etdirilir. Yol yatağı genişləndirilir, yeni körpü və suötürücülər tikilir. Bu günə qədər yolun 9 kilometr hissəsində tikinti işləri başa çatdırılıb, asfalt örtük salınıb, 32 suötürücü tikilib. Yolun Düylün çayından keçən hissəsində 24 metr uzunluğunda yeni körpü tikilib. Hazırda yolun digər hissələrində torpaq işləri görülür.

Ali Məclisin Sədri tikinti işləri aparılarkən ərazinin relyefinin nəzərə alınması, eləcə də keyfiyyətə xüsusi diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: