Təzə çəkilmiş çuğundur şirəsini tez-tez içməyi vərdiş etməklə, bir çox problemlərdən yaxa qurtarmaq mümkündür.
Meyvə şirələrindən fərqli olaraq tərəvəz şirələri daha faydalı sayılır. Şirəni az miqdarda su əlavə etməklə blenderdə hazırlayın. Belə şirələrə “smuzi” deyilir. Bu halda çuğundurun tərkibində olan qidalı liflər saxlanılacaq və bu da şirənin faydasını xeyli artıracaq. Şirəni şirəçəkənin köməyi ilə hazırladıqda qidalı liflər itir və bu da şirənin faydasını xeyli azaldır.
NUHÇIXAN çuğundur şirəsinin faydalarını təqdim edir:
-Qanın keyfiyyətini yaxşılaşdırır
– Qaraciyəri təmizləyir, sidikqovucudur
– II tip diabet, ateroskleroz, ürək xəstəlikləri riskini azaldır
– Xərçəng hüceyrələrinin aktivliyini blok edir
– Klimaksı gecikdirir
– Təzyiqi salır
– Qaraciyərin piylənməsinə imkan vermir
– Cinsiyyət üzvlərinin funksiyasını aktivləşdirir
– Orqanizmin ətrafa dözümlülüyünü artırır
– Cavanlaşdırır
– Yeni sağlam hüceyrələrin yaranma proseslərini sürətləndirir
– Sümük, toxuma və damarları möhkəmləndirir
– Soyuq ayaqlar sindromunu aparır
– Yorulmuş orqanizmi bərpa edir.