Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır

154

Bir neçə gündən sonra Bakıda cüdo üzrə dünya çempionatı başlayacaq. Müxtəlif ölkələrdə təlim-məşq hazırlıq toplantıları keçirən Azərbaycan yığması mükafatlar uğrunda mübarizəyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, çempionatda fərdi yarışlar sentyabrın 20-dən 26-dək, qarışıq yığmaların komanda turniri isə sentyabrın 27-də keçiriləcək. İlin əsas yarışlarında 130-dan çox ölkədən 800-dən artıq idmançı iştirak edəcək.

Sentyabrın 20-də 48 kq çəki dərəcəsində qadınlar və 60 kq çəki dərəcəsində kişilər tatami üzərinə çıxacaqlar. Növbəti gün – sentyabrın 21-də Milli Gimnastika Arenasında 57 kq çəki dərəcəsində qadın cüdoçular və 73 kq çəki dərəcəsində kişi çüdoçular, sentyabrın 23-də isə 81 kq çəki dərəcəsində atletlər və 63 kq çəki dərəcəsində zərif cinsin nümayəndələri mübarizə aparacaqlar.

Yeni həftədə – sentyabrın 24-də tatami üzərinə 70 kq çəki dərəcəsində qadın çüdoçular və 90 kq çəki dərəcəsində kişilər çıxacaqlar. Sentyabrın 25-də 100 kq çəki dərəcəsində kişilərin və 78 kq çəki dərəcəsində qadınların yarışı keçiriləcək. Şəxsi hesabda mübarizə sentyabrın 26-da “super ağır” çəki dərəcəsində (kişilər 100 kq-dan və qadınlar 78 kq-dan yuxarı) çıxışlarla yekunlaşacaq.

İlkin turnirlər yerli vaxtla saat 10-da, final yarışları isə 16-da başlayacaq.

Çempionatın son günü – sentyabrın 27-də “divar divara” prinsipi üzrə komanda yarışları keçiriləcək. Bu yarışlar səhər saat 9-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: