Cüdo üzrə Azərbaycan millisinin “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb

124

Oktyabrın 27-dən 29-dək Abu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, reytinq xarakterli turnirdə ölkəmizi Oruc Vəlizadə (60 kq), Telman Vəliyev (73 kq), Tural Səfquliyev, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı), Aişə Qurbanlı (48 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) təmsil edəcəklər.

Qeyd edək ki, turnirdə 64 ölkədən 400-dək cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: