Cüdo üzrə açıq Bakı çempionatına yekun vurulub

114

Oktyabrın 26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatına yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, yarışın sonuncu günündə 60, 73, 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Elmin Hüseynov (60 kq), Asim Qulamzadə (73 kq), Coşqun Abdullayev (90 kq), Hikmət Alışov (100 kq) və Hüseyn Məmmədov (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, iki gün davam edən paytaxt çempionatında 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: