CNN telekanalı növbəti dəfə Haçadağla bağlı məlumat verib

193

NUHÇIXAN xəbər verir ki, dünyanın tanınmış informasiya vasitəsi olan  CNN-in ərəb versiyasında Azərbaycan  haqqında məqalə verilib. “Azərbaycanın məşhur mifləri və “Nuhun nəslinin” yaşadığı məkan hansılardır?” başlıqlı məqalədə ölkəmizin  5  əfsanələşən yeri –Xınalıq kəndi,  Babadağ,  qədim Səbael qəsri, Qaxdakı Sumuq qalası ilə yanaşı Naxçıvandakı  Haçadağ haqqında da məlumat verilib. Haçadağla bağlı əfsanənin ingilis və ərəb dilli versiyalarında bildirilir ki, bu dağın qeyri-adi görünüşü Nuh peyğəmbərlə bağlıdır. Belə ki, Dünya tufanı zamanı Nuhun gəmisi qarşıdakı dağa oturmazdan əvvəl bu dağın zirvəsini ikiyə  parçalayıb. Nəticədə bugünkü görkəminə düşən dağ hər tərəfdən haça şəklində görünür.

Qeyd edək ki, bundan əvvəl də CNN telekanalı ərəbdilli izləyicilər üçün Naxçıvanın Batabat gölləri, Haçadağ  və Əlincə qalası ilə bağlı maraqlı materiallar təqdim etmişdi.      

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: