Çiy yumurtanın bilmədiyimiz zərərləri

368

İnsan sağlamlığı üçün ən əhəmiyyətli zülal mənbəyi sayılan yumurtanın çiy halda, yoxsa bişmişinin daha faydalı olduğu çoxlarını düşündürən suallarından biridir.

NUHÇIXAN bu yazıda oxucuları çiy və bişmiş yumurta arasındakı fərqlə tanış edib.

Çiy yumurta zərərlidir

Ekspertlərin sözlərinə görə, çiy yumurtanın bir neçə əhəmiyyətli zərəri var.

Birincisi, çiy yumurta pis mənimsənilir. Əgər bişmiş yumurtanın 97%-i mənimsənilirsə, çiy yumurtanın yalnız 50%-i mənimsənilir.

Çiy yumurta bişmiş yumurta ilə müqayisədə daha tez-tez allergiyaya səbəb olur.

Digər zərəri isə salmonella mikrobu ilə yoluxma riskidir. Mütəxəssislər bildirir ki, salmonella mikrobları xüsusilə immun sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə yol aça bilər.

Bişirilmə zamanı salmonella məhv olur.

Bütün bunları nəzərə alaraq ekspertlər yumurtanı tam bişirib şəkildə yeməyi məsləhət görür. Yumurtanın tərkibindəki mühüm protein qaynaqlarından biri olan avidin yumurta bişəndə biotin ilə birləşərək olduqca əhəmiyyətli protein yaradır. Nəticə etibarilə ancaq tam bişmiş yumurta orqanizmi zülalla təmin edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: