Çində alimlər tərəfindən aparılan qazıntılar nəticəsində 130 milyon il əvvələ aid dinozavr skeletinin qalıqları aşkarlanıb.
NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin şimalındakı Fıngning Man vilayətində tapılan skelet dinozavrın bud sümüyünün qalıqlarından ibarətdir. Parçalanmış vəziyyətdə aşkarlanan skelet üzərində aparılan araşdırmaya əsasən, dinozavrın uzunluğu 7-10 metr olub.
Alimlər bu sümüklərin yeni bir növ dinozavra aid olduğunu ehtimal edirlər. Onlar qazıntı işlərini iki il davam etdirmək niyyətindədirlər.
Qeyd edək ki, Fıngning Man vilayətində 2014-cü ildə də dinozavr qalıqları aşkarlanıb.