Çinin cənubunda yerli televiziya kanalında süni zəkaya malik robot aparıcı olacaq.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, “Nanning” telekanalında iyunun 6-dan başlayaraq 29 kiloqram ağırlığında 1 metr 21 santimetr hündürlükdə olan “Çao Nıng Şiaoboy” – yəni “Super Balaca Bəyaz” adlı robotlar ekranlara çıxacaq. Robotların əsas üstünlüyü onların 12 saat ərzində fasiləsiz işləyə bilməsidir.
Çin hökuməti həmin robotların gələcəkdə bütün telekanallarda istifadə olunmasında maraqlıdır.