Çinin “Çanye-4” aparatı Ayın görünməyən tərəfinə uğurlu eniş edib

118

Çinin “Çanye-4” aparatı yanvarın 3-də Aya uğurlu eniş edib. Bu, Yerin təbii peykinin görünməyən tərəfinə dünya tarixində ilk yumşaq eniş olub.

NUHÇIXAN Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, aparat ətraf mühiti və qruntu tədqiq edəcək, həmçinin bir sıra aşağı tezlikli radioastronomik müşahidələr aparacaq. O, artıq tarixdə ilk dəfə yaxın məsafədən Ay səthinin bir neçə fotoşəklini çəkərək Yerə göndərib.

“Çanye-4” aparatı dekabrın 8-də Siçuan əyalətində yerləşən kosmodromdan fəzaya buraxılıb və dekabrın 12-də Ayın orbitinə çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: