Çinin elektrik enerjisi ilə işləyən avtomobil istehsalçısı “Nio” bu sahədə ABŞ-ın “Tesla” şirkətinin rəqibinə çevrilməkdədir.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, hazırda “Nio” markalı avtombillər “Tesla” ilə müqayisədə 2 dəfə ucuzdur.
Üstəlik, Çin şirkəti müştərilərinə “Tesla”da olan imkanları təqdim edir. Bunlar süni intellekt və enerjinin sürətli yığılmasıdır.
Xatırladaq ki, “Nio” elektrik enerjisi ilə işləyən avtomobillərin satışına bu ilin iyun ayında başlayıb və iyulun sonuna qədər 17 min ədəd maşın satıb. Hazırda çinlilərin məqsədi ABŞ-ın Nyu-York şəhərində satışa başlamaq və 1,8 mlrd. dollarlıq satış həyata keçirməkdir.