Çin alimləri yeni texnologiya hazırlayıblar

156

Çin alimləri dəniz suyunda qısa vaxtda parçalana bilən plastika növü hazırlayıblar. Yeni texnologiya okeanın plastik tullantılarla çirklənməsi ilə bağlı yaranan problemləri aradan qaldırmağa imkan verəcək.

NUHÇIXAN belta.by saytına istinadən xəbər verir ki, Çin Elmlər Akademiyası Fizika və Kimya İnstitutunun alimləri tərəfindən müvəffəqiyyətlə sintezləşdirilmiş qabaqcıl poliefirlər suda həllolma və mikroorqanizmlərin parçalanma qabiliyyətini özündə birləşdirir.

İnstitutun mühəndisi Van Qes bildirib ki, dənizə düşən bu plastika növü yüz gün ərzində tamamilə parçalanır və son nəticədə ekoloji təhlükəsizliyə problem yaradan makromolekulyar maddələrə çevrilmir.

Mütəxəssislərin fikrincə, bu material gələcəkdə bir çox sahələrdə adi plastikanı əvəz edə bilər.

Qeyd edək ki, okeanın plastik tullantılarla çirklənməsi ictimaiyyətin diqqətini cəlb edir. Araşdırmalara görə, hər il okeana 4,8-12,7 milyon ton plastik tullantı atılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: