Çin alimləri misi qızılın kimyəvi xassələrini daşıyan metala çeviriblər

126

Çin alimləri misi qızılın kimyəvi xassələrini daşıyan metala çeviriblər. Onların sözlərinə görə, bu nadir metal dünya bazarlarında çox baha olan qızılın ölkə sənayesində istifadəsini azaldacaq və iqtisadiyyata böyük gəlirlər gətirəcək.

NUHÇIXAN “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, çinli alimlərin uzun müddət apardıqları təcrübələrin nəticələri “Science Advances” jurnalında dərc olunub. Məqalədə qeyd olunub ki, Çin Elmlər Akademiyası Fizika və Kimya İnstitutunun professoru Sun Jian və həmkarları misin üzərinə yüksək təzyiqlə elektriklə yüklənmiş isti arqon qazı əlavə ediblər. Sürətlə hərəkət edən ionlaşmış hissəciklər misin tərkibindəki atomları ayırıb və soyuyan atomlar bir neçə nanometr ölçüsündə qum dənəciklərinə bənzəyən təbəqə yaradıblar. Tədqiqatçılar əldə olunan bu maddəni qiymətli metalların kimyəvi reaksiyasında istifadə olunan üsulla yenidən emal ediblər. Nəticədə həmin nano hissəcikləri qızıl və gümüşün kimyəvi xassələrini daşıyan metala çevriliblər.

Kəşfin müəllifi professor Sun deyib ki, bu yeni metalın saxta qızıl istehsalı üçün istifadə olunacağı mümkün deyil. Çünki onun qalınlığı və çəkisi misin xassələrini qoruyub saxlayır. Lakin yeni metal sənayedə qızılı əvəz edə biləcək. Elektronika cihazlarında, xüsusilə texnologiyanın son nailiyyətləri olan smartfonlarda istifadə edilən qızıl, gümüş və platinin yerinə oksidləşmə və eroziyaya qarşı davamlı olan bu metalı işlətmək mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: