Çiçəklərdən hazırlanan çələnglər

79

Çiçək, yarpaq, budaq, meyvə və digər dekorativ materiallardan paltarları, bayram keçirilən yerləri və interyeri bəzəmək adəti çoxəsrlik ənənəyə malikdir.

NUHÇIXAN xəbər verir ki, tunc dövrünə aid arxeoloji qazıntılar daha qədim dövrlərdən çiçəklərdən bəzək kimi istifadə edildiyini göstərir. Qədim Misirdə məbəd və sarayları güllərlə bəzəyirdilər. Yunanlar və romalılar çələngi çox sevirdilər. Qədim şəhərlərdə tapılan freskalarda yunan allahları və ilahələrinin başında dəfnə və qızılgül çələngi təsvir edilib. Slavyan xalqları gül çələngindən həm də fala baxmaq üçün istifadə edirdilər. Hindistan, İndoneziya və Birma kimi ölkələrdə evə gələn hörmətli qonaqların boynuna gül çələngi salınması ənənəsi indiyə qədər yaşayır. Həmin ölkələrdə hər hansı məclisi gül-çiçəksiz təsəvvür etmək çətindir.

Avropada buketlər XİV-XV əsrlərdə meydana çıxmağa başlayıb. “Buket” fransız sözü olub tərcüməsi gözəl tərtib edilən güllər qrupu deməkdir. Zaman keçdikcə sadə tərtib edilən gül çələngləri daha da təkmilləşib. Viktoriya, pompadur, bidermeyer, makart, plata və digər üslubda olan gül bukletləri dəbə düşməyə başlayıb. Güllər həmişə insanları müşayiət edib və onu vasitəsilə öz hisslərini büruzə veriblər.

Qızılgül – ən incə hisslər, qərənfil – ilk məhəbbət, süsən – təmizlik, səhləb – ailə xoşbəxtliyi, astra – bağışlanma istəyi, xrizantema – dostluq, zanbaq -məhəbbəti büruzə vermək, yasəmən – ilk məhəbbət rəmzi hesab olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: