Cib skaneri məhsulların təzəliyini müəyyənləşdirməyə imkan verəcək

141

Fraunhofer Cəmiyyətinin mühəndisləri tərəfindən yaradılmış cib skaneri infraqırmızı şüalanmanın köməyi ilə anında məhsulların təzəliyini yoxlamağa imkan verəcək.

NUHÇIXAN “ICTnews”a istinadla bildirir ki, yeni texnologiya insanlar tərəfindən gündəlik zibilə atılan qida məhsullarının həcmini azaltmağa imkan verəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada istehsal olunan qida məhsullarının 33 faizi atılır. Bu, il ərzində təxminən 1,3 milyard ton deməkdir. İnkişaf etmiş ölkələrdə, zibilə atılmış qida məhsullarının daşınması üzrə illik xərclərin həcmi 680 milyard dollar təşkil edir.

İnsanların qida məhsullarını zibilliyə atmasının səbəblərindən biri onların təzə olmasına şübhədir. Əsasını yüksək dəqiqlikli yaxın infraqırmızı datçik təşkil edən yeni sensor bu problemi qismən həll edəcək. Qidanın üzərinə infraqırmızı şüa düşür və əks olunan işıq infraqırmızı spektr üzrə ölçülür. Qidanın udma spektrini məşhur nümunə ilə müqayisə edən qurğu onun təzə olub-olmamasını müəyyənləşdirə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: