Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək

180

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

NUHÇIXAN xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” komandası səfərdə Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyənin “Fənərbağça” klubu isə doğma azarkeşlər önündə Portuqaliya “Benkifa”sı ilə münasibətlərə aydınlıq gətirəcək. İstanbul təmsilçisi səfərdə baş tutan ilk qarşılaşmada minimal hesabla uduzub – 0:1.

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları

14 avqust

20:30. “Dinamo” (Kiyev, Ukrayna) – “Slaviya” (Praqa, Çexiya)

İlk oyun – 1:1

21:00. BATE (Belarus) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 1:0

21:30. “Spartak” (Moskva, Rusiya) – “PAOK” (Yunanıstan)

İlk oyun – 2:3

22:00. AEK (Yunanıstan) -“Seltik” (Şotlandiya)

İlk oyun – 1:1

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan)

İlk oyun – 2:0

22:00. “Fənərbağça” (Türkiyə) – “Benfika” (Portuqaliya)

İlk oyun: 0:1

22:00. “Videoton” (Macarıstan) – “Malmö” (İsveç)

İlk oyun – 1:1

22:15. “Şkendiya” (Makedoniya) – “Zalstburq” (Avstriya)

İlk oyun – 0:3

23:30. “Ayaks” (Hollandiya) – “Standard” (Belçika)

İlk oyun – 2:2

23:30. “Spartak” (Trnava, Slovakiya) – “Srvena Zvezda” (Serbiya)

İlk oyun – 1:1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: