Çempionlar Liqası: “Araz”ın rəqibləri müəyyənləşib

207

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasında ilkin və əsas mərhələnin püşkü atılıb. NUHÇIXAN-ın məlumatına görə, Azərbaycan çempionu “Araz”ın da rəqibləri müəyyənləşib.

Yarışa əsas mərhələdən başlayacaq Naxçıvan klubu B yolunda mübarizə aparacaq. “Araz” 8-ci qrupda qüvvəsini sınayacaq.

Təmsilçimizin rəqibləri “Luçenek” (Slovakiya), həmçinin ilkin raundun E və F qruplarının qalibləri olacaq. E qrupunda “Veles” (Makedoniya), “Futsamba Naas” (İrlandiya), “Valletta” (Malta), “Kosmos Tallinn” (Estoniya), F qrupunda isə “Hovokubo” (Hollandiya), “Ridinq” (İngiltərə), “Murata” (San Marino), “Vitis” (Litva) çıxış edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: