Çay xərçəngin inkişafı ilə bağlı olan genlərə təsir göstərir

102

İsveçin Uppsala Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm çay içmək xərçəngin inkişafı ilə bağlı olan genlərdə dəyişiklik yaradır.

Ekspertlərin dediyinə görə, qadınlarda estrogen hormonunun səviyyəsinin həddindən çox olması xərçəngə səbəb olur, çay isə həmin hormonun səviyyəsini azaldaraq şiş əleyhinə təsir göstərir.

NUHÇIXAN  “vistanews.ru” saytına istinadla xəbər verir ki, çox miqdarda estrogen onkoloji xəstəliklər riskini artırır. Müntəzəm çay içilməsi orqanizmdə həmin hormonun miqdarını azaldır və şiş əleyhinə təsir göstərir. Əvvəllər aparılan tədqiqatlar da belə bir faktı təsdiq edib ki, çay və qəhvə xoşagəlməz epigenetik dəyişikliklərə qarşı çox səmərəlidir. Amma onkoloji xəstəliklər riskinin azalmasına bu içkilərin məhz necə təsir göstərdiyi o vaxtlar tədqiqatçılara aydın deyildi.

İndi alimlər aydınlaşdırıblar ki, çay genlərin ekspressiyasını dəyişdirir. Amma çay yalnız qadınlara müsbət təsir göstərir. Alimlər çayın kişilərə belə müsbət təsirini qeydə almayıblar. Mütəxəssislər hesab edirlər ki, çayda qadın hormonu olan estrogenə təsir göstərən fəal maddələr var. Hərçənd bu hormon kişilərdə də var, amma az miqdarda.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: