Çalxanqala kəndində yeni mərasim evi tikilir

169

Son illər muxtar respublikada mərasim evlərinin tikintisi diqqət mərkəzindədir. NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Çalxanqala kəndində də mərasim evi inşa edilir. Obyektin tikintisinə ötən aydan başlanılıb. 360 yerlik mərasim evi 2 zal və 2 mətbəxdən ibarətdir. Binada hazırda hörgü işləri gedir.  Görülən işlərdə kənd sakinləri ilə yanaşı, Kəngərli Rayon İcra Hakimiyyəti də texnikalarla müvafiq köməklik göstərir.

Qeyd edək ki, muxtar respublikada yas mərasimlərinin dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi, ölkə səviyyəsində nümunə hesab edilir. Mərasim evlərinin tikilib istifadəyə verilməsi isə sakinlərin əlavə xərclər olmadan yas mərasimlərini keçirməsinə şərait yaradır.

 

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: