Adi cəfəri çox yaxşı sidikqovucu və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Xalq təbabətində böyrəkləri, sidik kisəsini və sidik yollarını qum və mikroblardan təmizləmək üçün cəfəri suyu istifadə olunur.
Bu suyun bir çox faydalı xüsusiyyətləri var. NUHÇIXAN xəbər verir ki, cəfəri suyunun yağ yandırıcı xüsusiyyəti, dəriyə olan faydası, gənçləştirici və parlaq bir cild üçün istifadə edilir.
Həmçinin cəfəri suyu qara ciyərlərdə yağlanmanın da qarşısını alır. Cəfəri suyu necə hazırlanır? 1 dəstə cəfəri saplağı ilə birlikdə yuyulur, doğranılır, üzərinə yarım litr qaynar su tökülür, zəif odda 2-3 dəqiqə qaynatdıqdan sonra, 1 saat dəmlənir və süzülür.
Hazırlanan bu cəfəri suyu ilıq olaraq, günün hər saatında arzuya görə istehlak edilir. Gecə yatmazdan 1 saat əvvəl içsəniz arıqlamaq üçün daha təsirli olacaqdır.