Massaçussets Texnologiya İnstitutunun alimləri günəş işığının enerjisindən istifadə edərək buzun yaranmasına imkan verməyən xüsusi örtük hazırlayıblar.
NUHÇIXAN-ın məlumatına görə, onun əsasını günəş enerjisini toplamaq və onu istiliyə çevirmək qabiliyyətinə malik üçqatlı material təşkil edir. Bundan başqa, əldə olunmuş enerji yalnız günəş şüasının düşdüyü yeri qızdırmır, örtüyün bütün səthi üzrə bölünür. Həmçinin yeni material süni işıqlandırma mənbələrindən “qidalanaraq” gecələr də işləyir.
Hazırda alimlər materialın laboratoriya xaricində sınaqlarını keçirmək üçün bir neçə binanın damına örtük hazırlamaq niyyətindədirlər.