Buffon PSJ-də ilk titulunu qazanıb

183

Fransanın PSJ futbol klubu ardıcıl olaraq 6-cı, tarixində isə 9-cu dəfə ölkə Superkubokunun qalibi olub.

NUHÇIXAN xəbər verir ki, Çinin “Şençjen Siti” stadionunda keçirilən final qarşılaşmasında Paris komandası “Monako”nu 4:0 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Anhel Di Mariya dubl edib, Kristofer Nkunku və Timoti Vea isə hərəyə bir dəfə fərqlənib. Bu, PSJ-nin yeni alman məşqçisi Tomas Tuhel üçün ilk rəsmi matç olmaqla yanaşı, klubun İtaliya “Yuventus”undan transfer etdiyi qapıçı Canluici Buffonun komandada qazandığı ilk mükafat olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: