“Buenos-Ayres-2018”: Azərbaycan medal sıralamasında 6-9-cu pilləni bölüşür

103

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

NUHÇIXAN xəbər verir ki, ilk yarış günündən sonra Azərbaycan 1 qızıl medalla Belarus, İsrail və Cənubi Afrika Respublikası ilə birgə ölkələrin sıralamasında 6-9-cu pilləni bölüşür. Azərbaycana ilk medalı Olimpiadada 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Vüqar Talıbov qazandırıb.

Rusiya millisi 5 qızıl və 1 gümüş medalla birinci pillədə qərarlaşıb. Hesabında 2 qızıl medal olan Macarıstan və Venesuela ilk üçlüyü tamamlayırlar.

Ümumilikdə 34 ölkə “Bunes-Ayres-2018”də medalçılar sırasında yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: