Bu qidaları təkrar qızdırmayın

205

Həkimlər maraqlı araşdırma aparıblar. Onlar təkrar qızdırıldıqda insan həyatına təhlükə yaradan qidaların siyahısını hazırlayıblar.

Belə qidalar təkrar qızdırıldıqda tərkibində kimyəvi birləşmələr yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır.

NUHÇIXAN Rusiya mətbuatına istinadən xəbər verir ki, çuğundur bu siyahıda birinci gəlir. Bu tərəvəz insan orqanizmi üçün xeyirli olsa da, qızdırılanda zəhərli maddəyə çevrilir.

Hətta həkimlər qızarmış kartof qalarsa, onu soyuq yeməyi məsləhət görürlər. Kartofu təkrar qızdıranda onun tərkibində olan nişasta tərkibini dəyişir və zərərli maddəyə çevrilir.

Yumurta da təkrar qızdırılan zaman ziyanlı qidaya çevrilənlər siyahısındadır. Yumurtanı bişirən kimi yemək məsləhət görülür.

Toyuq əti və göbələyi də təkrar isitmək olmaz. Bu qidaları da qızdıran zaman tərkibini dəyişir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: