Bu ilin Nobel mükafatı laureatları oktyabrda elan ediləcək

148

Oktyabrın 1-dən 8-dək laureatlara Nobel mükafatı, habelə Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatı təqdim ediləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası “Nobelprize.org” saytına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 1-də fiziologiya və ya tibb, 2-də fizika, 3-də kimya, 5-da Nobel Sülh mükafatı, 8-də İsveç Bankının mükafatı təqdim ediləcək.

Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi barədə isə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.

2018-ci il üçün hər bir kateqoriya üzrə mükafatın məbləği 9 milyon İsveçrə kronu (təqribən 1,1 milyon dollar) müəyyənləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: