Cari ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 600 milyon 506 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) NUHÇIXAN-a bildirilib ki, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 77 milyon 685 min dollar çoxdur.
Yeddi ayda MDB ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 487 milyon 38 min dollar təşkil edib.