Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulacaq

169

Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulacaq.

NUHÇIXAN xəbər verir ki, sonuncu oyun günündə A Liqasında 1, B və C Liqalarında 2, D Liqasında isə 4 matç olmaqla, ümumilikdə 9 qarşılaşma baş tutacaq.

Günün ən maraqla gözlənilən oyunu A Liqasında təşkil olunacaq. Son dünya çempionu Fransa evdə Almaniyanı qəbul edəcək. Qonaqlar bu matçda məğlub olacağı təqdirdə növbəti mərhələ şanslarını itirəcəklər.

B Liqasında keçiriləcək Ukrayna – Çexiya və İrlandiya – Uels matçları xüsusi önəm kəsb edəcək. 1-ci qrupda Ukrayna qələbə qazanacağı təqdirdə növbəti mərhələni rəsmiləşdirəcək. 4-cü qrupda isə İrlandiya məğlub olsa, sonrakı mərhələdən məhrum olacaq.

16 oktyabr

Millətlər Liqası

IV tur

A liqası

1-ci qrup

22:45. Fransa – Almaniya

Xal durumu: Fransa – 4 xal (2 oyun), Hollandiya – 3 (2), Almaniya – 1 (2)

B Liqası

1-ci qrup

22:45. Ukrayna – Çexiya

Xal durumu: Ukrayna – 6 xal (2 oyun), Çexiya – 3 (2), Slovakiya – 0 (2)

4-cü qrup

22:45. İrlandiya – Uels

Xal durumu: Danimarka – 4 xal (2 oyuna), Uels – 3 (2), İrlandiya – 1 (2)

C Liqası

3-cü qrup

22:45. Norveç – Bolqarıstan

22:45. Sloveniya – Kipr

Xal durumu: Bolqarıstan – 9 xal (3 oyun), Norveç – 6 (3), Kipr – 3 (3), Sloveniya – 0 (3)

D Liqası

1-ci qrup

18:00. Qazaxıstan – Andorra

22:45. Latviya – Gürcüstan

Xal durumu: Gürcüstan – 9 xal (3 oyuna), Andorra – 2 (3), Latviya – 2 (3), Qazaxıstan – 2 (3)

4-cü qrup

20:00. Ermənistan – Makedoniya

22:45. Cəbəllütariq – Lixtenşteyn

Xal durumu: Makedoniya – 9 xal (3 oyun), Ermənistan – 3 (3), Lixtenşteyn – 3 (3), Cəbəllütariq – 3 (3).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: