Bu gün “Qarabağ” klubu UEFA Avropa Liqasında üçüncü oyununa çıxacaq

97

Oktyabrın 25-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq.

NUHÇIXAN xəbər verir ki, qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Roi Raynşrayber olacaq. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Alon Yefet ilə Daniel Bar Natan əlavə köməkçi, Amihay Yehoşua Mozes isə dördüncü hakim olacaq.

Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə polşalı Kazimirj Olesjekdir.

“Qarabağ” ilk turda səfərdə “Sportinq”ə 0:2, növbəti görüşdə Bakı Olimpiya Stadionunda “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda saat 20:55-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: