Bu gün “Qarabağ” ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək

219

İyulun 25-də “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan çempionu səfərdə Albaniyanın “Kukesi” komandası ilə üz-üzə gələcək. Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda evdə 0:0 hesabı ilə heç-heçə edərək, növbəti mərhələyə yüksəlib. Albaniya klubu isə iki oyunun nəticəsinə görə Malta “Valletta”sını mübarizədən kənarlaşdırıb (0:0, 1:1).

Ağdam təmsilçisi bu matça itki ilə çıxacaq. Komandanın aparıcı futbolçularından Dani Kintana zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.

Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu norveçli Ola Hobber Nilsen idarə edəcək. Tom Harald Qronevik, Qeyr Oskar İsaksen baş hakimin köməkçiləri Kay Erik Stin isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: