Bu gün “Naxçıvan-2018” də səkkizinci tura start veriləcək

68

Mayın 9-da “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında səkkizinci tura start veriləcək.

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən Festivalın səkkizinci turunda “A” qrupunda azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli şahmatçılarından olan Eltac Səfərli Qədir Hüseynov ilə qarşılaşacaq.

Digər görüşlərdə qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni Hollandiya təmsilçisi Sergey Tviyakovla, israilli qrossmeyster İlya Smirin Nicat Məmmədovla üz-üzə gələcəklər.

“B” qrupunda Fariz Əhmədov Rasim Əliyevlə, İran təmsilçisi Cəfər Xamisi Uğur İlyaslı ilə, Samir Davidov Eldar Musayevlə, Şəhriyar İsgəndərov Elvin Bayramovla, Təbriz İdrisov iranlı həmkarı Saeb Barzegarla qarşılaşacaqlar.

Beynəlxalq Şahmat Festivalının “C” qrupunda isə Zahid Allahverdiyev-Uğur Həsənli, İlkin Qəbulov-Əli Züqanov, Murad Mehdizadə- Leyla Quliyeva, Niyazi Qafarov-Rəsul Tarverdiyev görüşləri və digər partiyalar baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: