Bu gün kişi voleybolçulardan ibarət millimiz Lüksemburq yığmasını qəbul edəcək

165

Bu gün voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, seçmə mərhələnin “G” qrupunda ikinci pillədə qərarlaşan millimiz saat 18:00-da Lüksemburq yığmasını qəbul edəcək. Görüş Azərbaycan Voleybol Mərkəzində oynanılacaq.

Hazırda “G” qrupuna 11 xalla Yunanıstan yığması liderlik edir. Azərbaycan millisi (5 xal) ikinci, İsveç yığması (5 xal) üçüncü, Lüksemburq (3 xal) komandası isə sonuncu yerdədir.

Voleybolçularımız qrupda sonuncu oyunu yanvarın 9-da səfərdə İsveç millisinə qarşı keçirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: