Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək

139

Noyabrın 17-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

NUHÇIXAN  xəbər verir ki, D liqasında 3-cü qrupda yer alan Azərbaycan seçməsi Farer Adaları yığmasını qonaq edəcək. Bakı Olimpiya stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Dimitrios Masias olacaq. Ona həmyerliləri Marios Kalogerou və Ioannis Lazarou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Omiros Tziortzis yerinə yetirəcək. Görüşün hakim-inspektoru ukraynalı Volodimir Petrov, UEFA nümayəndəsi çexiyalı Yaroslav Dudl olacaq.

Qrupun digər oyununda Malta yığması doğma meydanda Kosovo seçməsin qəbul edəcək.

Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçirilən Malta-Azərbaycan oyununda qalib müəyyənləşməyib -1:1.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: