Bu gün futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.
NUHÇIXAN-ın məlumatına görə, ilk oyun günündə 10 görüş keçiriləcək. Mübarizəyə Estoniya və Gürcüstanda start veriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
10 iyul
19:30 “Flora” (Tallin, Estoniya) – “Hapoel” (Beer-Şeva, İsrail)
19:30 “Torpedo” (Kutaisi, Gürcüstan) – “Şerif” (Moldova)
20:00 “Alaşkert” (Ermənistan) – “Seltik” (Şotlandiya)
20:00 “Düdelanj” (Lüksemburq) – “Videoton” (Macarıstan)
22:00 “Vikinqur” (Farer adaları) – HİK (Helsinki, Finlandiya)
22:15 “Şkendiya” (Makedoniya) – TNS (Uels)
22:45 “Kork Siti” (İrlandiya) – “Legiya” (Varşava, Polşa)
22:45 “Drita” (Kosovo) – “Malmö” (İsveç)
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” mübarizəyə iyulun 11-də başlayacaq. Ağdam təmsilçisi səfərdə Sloveniya “Olimpiya”sı ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.