Bu gün AMEA-nın Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının 81-ci məşğələsi keçirilib

121

NUHÇIXAN xəbər verir ki, məşğələdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanan və 1995-ci il noyabrın 12 də  ümumxalq səsverməsi (referendun) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Əsas Qanun  müasir dünyada  geniş yayılmış hakimiyyət bölgüsü, Konstitusiya nəzarəti, siyasi plüralizm, insan hüquqlarının qorunması prinsiplərinə əsaslanır. O,  yüksək və birbaşa  hüquqi qüvvəyə  malik olmaqla, ölkəmizdə  qanunların aliliyinə hörmətlə yanaşma prinsipini müəyyənləşdirib.

Lektoriyada Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda məruzə edib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verən ali hüquqi sənəddir.

Milli müstəqillik əldə edildikdən sonra 1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Azərbaycan Konstitusiyası əsasında  hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın  Ali Məclisində  qəbul edilib  və həmin  il dekabrın 29-da  Azərbaycan Respublikasının Milli  Məclisi  tərəfindən  təsdiq  olunub.  Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi sürətdə bağlı olan  bu Konstutusiya Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini, qanunun aliyini qorumaqla Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü, idarəetmə mexanizmini, əhalinin  hüquqi statuslarını müəyyənləşdirir.

Məşğələyə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vuraraq deyib ki, Azərbaycan Respublikasının Konstitusiyası müasir dünya Konstitusiyaları içərisində quruluşca ən mükəmməl və məzmunca ən demokratik olmaqla  Azərbaycanın  dövlət müstəqilliyinin,  ölkədəki  insan hüquq və azadlıqlarının qarantıdır.

                                                                      Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: