Britaniya vətəndaşı Malayziyanın itmiş təyyarəsini Kamboca cəngəlliklərində tapıb?

412

Britaniyalı ləpirçi Yan Uilson “Daily Star” nəşrinə məxsusi müsahibəsində bildirib ki, o, Malayziyaya məxsus və dörd il əvvəl müəmmalı şəkildə itmiş MH370 təyyarəsini tapıb.

NUHÇIXAN “Daily Star” nəşrinin onlayn versiyasına istinadla xəbər verir ki, Y.Uilson sərnişin təyyarəsinə oxşayan obyektlə Kambocanın çətin keçilən rayonlarından birində “Google Maps”in süni peyk görüntülərini təhlil edərkən rastlaşıb.

Y.Uilson bəyan edib ki, bu obyektin Malayziya Hava Yollarının 2014-cü il martın 8-də Kuala Lumpur-Pekin reysi ilə uçan “Boeing 777-200” sərnişin təyyarəsi olmasına o, tamamilə əmindir.

“Google Maps”in fotolarından da göründüyü kimi, obyekt təyyarəyə çox oxşasa da, onun uzunluğu 70 metrə çatır. “Boeing 777-200” təyyarəsinin standart uzunluğu isə 63,7 metrə bərabərdir. Y.Uilson bunu təyyarə yerə dəyərkən quyruq hissəsinin qopması ilə izah edir.

Eyni zamanda, o, çəkiliş zamanı təyyarənin cəngəlliklər üzərində uçan digər layner olması barədə fikirlə razılaşmadığını da bildirir. Onun sözlərinə görə, bunu “Google Earth”in funksiyalarından biri ilə yoxlamaq mümkündür və bu zaman təyyarənin yerdə olduğu aydın görünür.

Y.Uilson əlavə edib ki, o, qəzanın baş verdiyi yerə özü şəxsən getmək istəyir. Belə ki, axtarışla məşğul olan malayziyalı və avstraliyalı xilasedicilər həvəskarların belə təşəbbüslərini heç də qəbul etmək istəmirlər.

Xatırladaq ki, “Malaysia Airlines” şirkətinə məxsus MH370 reysi ilə Kuala Lumpurdan Pekinə uçan təyyarə 2014-cü il martın 8-nə keçən gecə radarlardan itib. Göyərtəsində 239 nəfərin olduğu təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı ehtimal olunsa da, axtarışlar nəticəsində laynerin düşdüyü yer hələ də müəyyən olunmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: