Bolqarıstan Azərbaycana yeni səfir təyin edib

144

Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu qəbul edib.

Bu barədə NUHÇIXAN-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Etibarnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən səfir Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə Azərbaycan və Bolqarıstan arasındakı ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Xarici işlər naziri Elmar Məmmədyarov səfir Nikolay Yankova diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın strateji tərəfdaşlıq müstəvisində inkişafından və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə edilib. Əsası qoyulmuş Cənub Qaz dəhlizi və onun tərkib hissəsi olan TANAP və TAP layihələrinin iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradacağına əminlik qeyd olunub.

E.Məmmədyarov Bolqarıstanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair davamlı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə ikitərəfli gündəliyə aid məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: