Boksçumuz Almaniyada qələbə qazandı

82

Azərbaycanın peşəkar boksçusu, “Odlar Yurdu” boks klubunun üzvü Azad Əzizov on aylıq fasilədən sonra Almaniyanın Kempten şəhərində növbəti dəfə rinqə çıxaraq qələbə qazanıb. İdmançımız bu dəfə peşəkar boksda kifayət qədər tanınmış idmançı, albaniyalı Milos Yanyaninə tam üstünlüklə qalib gəlib.

NUHÇIXAN xəbər verir ki, hələ döyüşdən əvvəl A.Əzizov qazanacağı qələbəni Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Aprel döyüşlərində şəhid olmuş igid Vətən övladlarının xatirəsinə həsr edəcəyini bildirmişdi. Gərgin keçən qarşılaşmada qələbə qazanan idmançımız Almaniya rinqində Azərbaycanın üçrəngli bayrağını dalğalandıraraq vədini yerinə yetirib.

Boksçumuz görüşün təşkilatçısı olan “Odlar Yurdu” boks klubuna, xüsusilə klubun meneceri Anar Axundzadəyə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: