Boks üzrə ölkə çempionatının üçüncü günündə bir çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

119

Kişilər arasında boks üzrə Azərbaycan çempionatı davam edir.

NUHÇIXAN xəbər verir ki, noyabrın 28-də – çempionatın üçüncü günündə 20 döyüş keçirilib. Gün ərzində 60 və 64 kiloqram çəki dərəcələrində səkkizdəbir finalçılar, 69 kiloqram çəki dərəcəsində isə yarımfinalçılar müəyyənləşib. Yığmamızın əsas üzvlərindən dünya çempionu Cavid Çələbiyev (60 kq), Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Elvin İsayev (64 kq), Rio Olimpiadasının gümüş mükafatçısı Lorenzo Sotomayor (69 kq) uğurla çıxış edərək növbəti mərhələyə adlayıblar.

Noyabrın 30-da yarımfinal, dekabrın 1-də isə final yarışları keçiriləcək.

Xatırladaq ki, 28 komandadan 138 idmançının qatıldığı yarışın ilk günündə 27 döyüş baş tutub. Turnirin birinci günündə 56, 60, 64, 69, 75, 91 və +91 kiloqram çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançılar müəyyənləşib.

Çempionatın ikinci günündə isə 21 döyüş keçirilib. Belə ki, 75 və 81 kiloqram çəki dərəcələrində səkkizdəbir, 56, 91, +91 kiloqram çəki dərəcələrində isə dörddəbir mərhələsinin görüşləri təşkil olunub. Azərbaycan millisinin üzvləri çempionatın ikinci günündə asan qələbə qazanıblar. Yığmamızın aparıcı boksçularından IV İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Tayfur Əliyev (56 kq) və “Rio 2016”nın üçüncüsü Kamran Şahsuvarlı (75 kq) adlarını növbəti mərhələyə yazdırıblar. Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) də rinqdən qalib ayrılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: