“BMW” 12 minə yaxın dizel mühərrikli avtomobili geri çağırıb

172

“BMW” Almaniyada 12 minə yaxın dizel mühərrikli avtomobilini geri çağırıb.

NUHÇIXAN-ın məlumatına görə, bu qərar həmin avtomobillərdə zərərli maddələrin buraxılışına nəzarət sistemindəki qüsurlarla bağlıdır.

Bir müddət əvvəl, Münhen prokurorluğu dizel mühərrikli avtomobillərin təmizləmə sistemlərində manipulyasiyalarla əlaqədar yoxlamalara başlamışdı. Məlum olub ki, bir sıra avtomobillər havaya normadan artıq azot oksidi buraxıb.

Geri çağırılan avtomobillərin sahiblərinə bununla əlaqədar məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: