BMT aeroportlarda terrorçuların və qaçaqmalçıların aşkar olunmasında dövlətlərə kömək edəcək

69

BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəhbəri Yuri Fedotov və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) rəhbəri Fan Lyu Anlaşma Memorandumu imzalayıblar.

NUHÇIXAN xəbər verir ki, Y. Fedotov və Fan Lyu aeroportlarda və hava gəmilərində qaçaqmalların aşkar olunmasında və müsadirə edilməsində, habelə cinayətkarların saxlanılmasında ölkələrə birlikdə kömək etmək barədə razılığa gəliblər.

2017-ci ildə dünya aviaşirkətləri 37 milyon reys yerinə yetirib və rekord sayda sərnişin daşıyıblar. 4,1 milyard insan aviaşirkətlərin xidmətlərindən istifadə edib. İKAO-da belə hesab edirlər ki, 2030-cu ilə qədər hər il təyyarə ilə uçan sərnişinlərin sayı hazırda Yer kürəsi əhalisinin sayına, yəni təqribən səkkiz milyard nəfərə bərabər olacaq.

Yuri Fedotov deyib: “Bizim tərəfdaşlığımızın məqsədi mənşə, tranzit və təyinat ölkələrinin aeroportlarında fəaliyyət göstərən hüquq mühafizə orqanlarının potensialının artırılmasına yardım göstərmək, qaçaqmalların aşkar olunmasında və müsadirə edilməsində, habelə cinayətkarların tutulub saxlanmasında ölkələrə kömək etməkdir”.

O vurğulayıb ki, sərnişinlərin sayının artması, kommunikasiya vasitələrinin genişlənməsi ilə əlaqədar, silahlıları, terrorçuları və qaçaqmalçıları aşkar etmək get-gedə çətinləşir. Cinayətkarlar qaçaqmalları sərnişinlərlə, baqajın içində göndərir, xüsusi təyyarələrdən, bu məqsədlə poçt bağlamalarından, ekspress çatdırma xidmətindən istifadə edirlər.

Gömrük xidmətləri aeroportlarda BMT-nin iştirakı və beynəlxalq işçi qrupların köməyi ilə hər il tonlarla kokain və digər narkotikləri müsadirə edir, yabanı flora və fauna növlərinin qanunsuz dövriyyəsi ilə bağlı yüzlərlə halları aşkar edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: