Bir sıra xəstəliklər zamanı əncir yemək yolverilməzdir

631

Təbii qidalar arasında əncirin xüsusi yeri və bir sıra faydaları var. Müalicəvi meyvə olan əncirlə qidalanmaq orqanizmi möhkəmləndirir, immuniteti möhkəmləndirir.

NUHÇIXAN xəbər verir ki, mütəxəssislər əncirin müəyyən zərərləri barədə də məlumat veriblər.

Şəkərli diabetin ağır formalarından əziyyət çəkənlərin ondan istifadə etməsi məsləhət görülmür. Əncir turşəng turşusu ilə zəngin olduğundan podaqra xəstələri üçün də faydalı sayılmır. Onunla qidalanmaq qastrit, xora və pankreatit kimi mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Tərkibində oksalatlar olduğuna görə miqrenə meylli olanlar, böyrək və öd daşı xəstəlikləri zamanı da əncirin rasiona daxil edilməsi yolverilməzdir. Əncirlə qidalanmaq allergenlərin yaranmasına da səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: