Bir neçə ay ərzində uçan “Boeing” pilotsuz uçuş aparatı təqdim edilib

113

“Boeing” korporasiyasının “Aurora Flight Sciences” törəmə şirkəti günəş batareyaları ilə işləyən pilotsuz uçan aparat təqdim edib. “Odysseus” adlanan qurğu bir neçə ay ərzində uça bilir.

NUHÇIXAN “Life” resursuna istinadən bildirir ki, aparat yaradıcılarının sözlərinə görə, “Odysseus” pilotsuz uçan aparat və peyk arasında hibriddir. Aparatın qanadlarında Günəş işığının akkumulyasiyası üçün panellər quraşdırılıb. Yüksək hündürlükdə uçaraq mülki hava gəmilərinə mane olmayan “Odysseus” ilk növbədə meteoroloji tədqiqatlar üçün nəzərdə tutulub.

Məlumata görə, havada bir neçə ay qalması ilə seçilən pilotsuz uçan aparat yerüstü mərkəzlə daim əlaqə saxlaya bilir. O, həmçinin məsələn, yanacaqla işləyən hərbi pilotsuz uçan aparatlar kimi atmosferi çirkləndirmir.

“Odysseus” pilotsuz uçan aparatının ilk uçuşu 2019-cu ilin yazına planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: