Beynəlxalq Valyuta Fondu (IMF) neftin bir barrelinin qiymətinin 2019-cu ildə 68,78 dollar təşkil edəcəyini nəzərə tutur.
NUHÇIXAN xəbər verir ki, bu barədə IMF-nin “World Economic Outlook” hesabatında bildirilir.
“2018-ci ildə neftin qiyməti orta hesabla 69,38 dollar/barrel səviyyəsində olacaq. Qlobal neft təklifinin artacağı nəzərə alındıqda neft qiymətinin 2019-cu ildə 68,78 dollara, 2023-cü ildə isə təxminən 60 dollar/barrelə düşməsi gözlənilir”, – deyə hesabatda qeyd olunur.